İngiltərə Premyer Liqasının 11-ci turunda “Arsenal” səfərdə “Lids”in qonağı olub. Mövsümə əla start verən, yalnız “Mançester Yunyted”ə uduzan və qalan bütün görüşlərdə qələbə qazanan London klubu yenə azarkeşlərini sevindirib. “Arsenal” futbolçuları Bukayo Sakanın vurduğu qolla minimal hesabla qalib gəliblər. Qeyd edək ki, “Lids”in heyətində Patrik Bemford penaltidən yararlana bilməyib. Beləliklə 10 görüşün 9-də qələbə qazanan “Arsenal” 27 xalla turnir cədvəlində liderdir.
London təmsilçisinin ən yaxın izləyicilərindən “Mançester Siti” Liverpula səfər edib. “Şəhərlilər” eyniadlı komanda ilə üz-üzə gəliblər. Turun mərkəzi qarşılaşmasının taleyini də 1 qol həll edib. 2-ci hissədə fərqlənən Məhəmməd Salah liverpula minimal hesablı qələbə qazandırıb. Mövsümdə ilk dəfə uduzan “Mançester Siti” 23 xalla “Tottenhem”lə bərabər 2-3-cü yerləri bölüşürlər. Bu komandalar lider “Arsenal”dan 4 xal geridir. 3 turdan sonra qalib gələn “Liverpul” isə 13 xalla 8-ci pilləyə yüksəlib.